Banner

Regionlar

Ən çox və ən az investisiya qoyulan  – RAYONLAR, SİYAHI

Ən çox və ən az investisiya qoyulan  – RAYONLAR, SİYAHI | FED.az
17:29 26 Dek 2018
Dövlət Statistika Komitəsi (DSK)  2018-ci ilin 9 ayında rayonlar üzrə  əsas kapitala yönəldilmiş  investisiya göstəricilərini açıqlayıb.

FED.az-ın sorğusuna Komitədən verilən cavaba görə, bu ilin 9 ayında ümumən ölkə üzrə qoyulan investisiyanın  məbləği 10 mlrd 831,7 mln manat təşkil edib.


Eləcə də bax: İqtisadi cəhətdən geriləyən - RAYONLAR, SİYAHI

Ən çox investisiya  Bakı şəhərinə qoyulub. Bu şəhərə qoyulan investisiyanın məbləği 6 mlrd 918,8 mln manat təşkil edib.
Bakı şəhərini nəzərə almasaq ən yüksək məbləğdə investisiya  qoyulan 10 rayon aşağdakılardır.

Bakıya nəzərən digər rayonlara qoyulan investisiya məbləği 500 mln manatdan aşağıdır. Hətta təkcə 6 rayona qoyulan investisiyanın məbləği 100 mlndan çoxdur.
Qeyd edək ki, Naxçıvan iqtisadi  rayonu üzrə məlumat rayonlar üzrə deyil, ümumən verilmişdir. Bu iqtisadi rayona qoyulan ümumi  pulun məbləği 779,9 mln manat təşkil edib.

 
Rayonlar Əsas kapitala yönəldilmiş investisiyalar(min  manat)
Sumqayıt 410 428,8
Gəncə 199 657,3
Ağcabədi 173 586,2
Abşeron 164 986,9
Xızı 112 241,0
Lənkəran 106 512,4
Xaçmaz 89 502,5
Sabirabad 89 379,9
Ağdaş 75 066,2
Cəlilabad 72 638,9
 

Ən az investisiya yönəldilən rayon Laçın rayonu olub. Bu rayona investisiya qoyuluşununu məbləği 276 min manat təşkil edib.
İşğal altında olan rayoları nəzərə almasaq ən az investisiya Naftalan rayonuna eilib. Maraqlı məqam ondan ibarətdir ki, Naftalan rayonunda  prespektivli inkişaf şəraiti olsa da, bu rayona qoyulan pul ən az məbləğdə olub.
Digər ən az pul qoyulan 9 rayonda isə investisiya edilən məbləğ 10 mln manatla -22 mln manat aralığında dəyişib.

 
Rayonlar Əsas kapitala yönəldilmiş investisiyalar(min  manat)
Naftalan 9 605.4
Saatlı 10 182,7
Şirvan 11 792,6
Göyçay 12 856,4
Samux 15 611,9
Daşkəsən 18 463,2
Ağsu 18 972,0
Zaqatala 20 555,3
Gədəbəy 21 776,2
Zərdab 21 070,9
 
 
 

 

Digər xəbərlər

Banner