İqtisadi rayonlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə liderlər müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əmanət portfelinin mütləq əksəriyyəti Bakının payına düşür.
Renkinqə Bakı iqtisadi rayonu başçılıq edir – 14 milyard 193 milyon 532 min min manat. Burada əmanətlər üzrə 4,97% olub.
İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb – 597 milyon 414 min min manat ( orta faiz dərcəsi 6,91%).
Gəncə-Daşkəsən iqtisadi rayonu 264 milyon 947 min min manat (6,70% dərəcəsi ilə) həcmlə üçüncü sırada yer alıb. Quba-Xaçmaz iqtisadi rayonunda məbləğ 164 milyon 403 min min manat (6,17% dərəcəsi ilə) olub.
Siyahının ilk beşliyini Lənkəran-Astara iqtisadi rayonu (151 milyon 546 min min manat və ya 6,03% dərəcəsi ilə) tamamlayır.










