İqtisadi rayonlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə liderlər müəyyənləşib. FED.az xəbər verir ki, əmanət portfelinin mütləq əksəriyyəti Bakının payına düşür.
Renkinqə Bakı iqtisadi rayonu başçılıq edir – 14 milyard 193 milyon 532 min min manat. Burada əmanətlər üzrə 4,97% olub.
İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb – 597 milyon 414 min min manat ( orta faiz dərcəsi 6,91%).
Gəncə-Daşkəsən iqtisadi rayonu 264 milyon 947 min min manat (6,70% dərəcəsi ilə) həcmlə üçüncü sırada yer alıb. Quba-Xaçmaz iqtisadi rayonunda məbləğ 164 milyon 403 min min manat (6,17% dərəcəsi ilə) olub.
Siyahının ilk beşliyini Lənkəran-Astara iqtisadi rayonu (151 milyon 546 min min manat və ya 6,03% dərəcəsi ilə) tamamlayır.










