Ölkə üzrə kredit portfelinin ən az olduğu iqtisadi rayonlar müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə ən aşağı göstərici Şərqi Zəngəzurda qeydə alınıb.
Siyahıda Şərqi Zəngəzur iqtisadi rayonu 26 milyon 516 min manat (14,42%) göstərici ilə ən sonuncu yerdədir.
Dağlıq Şirvan iqtisadi rayonunda kredit həcmi 208 milyon 824 min manat (20,13%) təşkil edib. Qeyd edək ki, bu region ölkə üzrə ən yüksək faiz dərəcəsinə malikdir.
Mil-Muğan iqtisadi rayonu 355 milyon 815 min manat (19,41%) göstərici ilə növbəti sırada qərarlaşıb. Şirvan-Salyan iqtisadi rayonunda isə bu rəqəm 467 milyon 100 min manat (19,68%) olub.
Naxçıvan iqtisadi rayonu 495 milyon 316 min manat (15,20%) göstərici ilə beşinci sıradadır.
Siyahının davamında Quba-Xaçmaz iqtisadi rayonu gəlir ki, burada kredit portfelinin həcmi 523 milyon 303 min manat (17,93%) təşkil edib.
Ən az kredit verilən 7 iqtisadi rayonun siyahısını isə Qarabağ iqtisadi rayonu (526 milyon 476 min manat və ya 19,73%) tamamlayır.










