Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin statistikası bəzi iqtisadi rayonlarda bu göstəricinin çox aşağı səviyyədə olduğunu nümayiş etdirir.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, siyahıda ən aşağı əmanət həcmi Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda cəmi 818 min manat əmanət cəlb olunub ki, bu da 4,77%-lik orta faiz dərəcəsi ilə müşayiət olunub.
İkinci ən aşağı göstərici isə Mil-Muğan iqtisadi rayonuna aiddir. Burada cəlb olunan əmanətlərin həcmi 47 milyon 951 min manat təşkil edib. Maraqlıdır ki, bu region eyni zamanda respublika üzrə ən aşağı orta faiz dərəcəsinə malikdir – cəmi 4,52%.
Ən az əmanət cəlb edən digər regionlar sırasında Dağlıq Şirvan iqtisadi rayonu da var. Bu rayonda 48 milyon 642 min manat həcmində əmanət cəlb edilib və orta faiz dərəcəsi 5,81% olub. Siyahını Şirvan-Salyan (76 milyon 283 min manat həcm və 5,12% faiz) və Naxçıvan (78 milyon 370 min manat həcm və 5,03% faiz) iqtisadi rayonları davam etdirir.