Azərbaycanın regionları üzrə banklara yatırılan əmanətlərin gəlirlilik (faiz) dərəcələri açıqlanıb.
FED.az xəbər verir ki, bəzi regionlarda əmanət faizləri paytaxtla müqayisədə xeyli yüksəkdir.
Renkinqə Abşeron-Xızı iqtisadi rayonu başçılıq edir. Bu regionda cəlb olunmuş əmanətlər üzrə orta faiz dərəcəsi 6,91% (597 milyon 414 min min manat) təşkil edir.
İkinci yerdə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb – burada göstərici 6,70% (264 milyon 947 min min manat) olub.
Qazax-Tovuz iqtisadi rayonu 6,38% (134 milyon 684 min min manat) ilə üçüncü sırada yer alıb. Quba-Xaçmaz iqtisadi rayonunda da faiz dərəcəsi 6,17% (164 milyon 403 min min manat) olub və dördüncü olub.
Siyahının ilk beşliyini Mərkəzi Aran iqtisadi rayonu (6,13% və ya 143 milyon 299 min min manat) tamamlayır.










