Regionlar üzrə əmanətlərin ən aşağı faizlə qəbul edildiyi iqtisadi rayonlar da məlum olub.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Siyahıya Mil-Muğan iqtisadi rayonu başçılıq edir. Burada orta faiz dərəcəsi 3,86% (56 milyon 970 min min manat) təşkil edir.
İkinci yerdə Şərqi Zəngəzur iqtisadi rayonu qərarlaşıb – burada əmanətlər 4,55% (808 min manat) dərəcəsi ilə cəlb olunur.
Şirvan-Salyan iqtisadi rayonu 4,80% (83 milyon 402 min min manat) göstərici ilə üçüncü sırada yer alıb. Bakı iqtisadi rayonunda isə bu rəqəm 4,97% (14 milyard 193 milyon 532 min min manat) olub və dördüncü olub.
Siyahının ilk beşliyini Naxçıvan iqtisadi rayonu (5,09% və ya 83 milyon 478 min min manat) tamamlayır.










