Bu ilin mayın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 4,83% dərəcəsi ilə 14 milyard 835 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumatlara görə, ən cəlbedici şərtləri təklif edən Gəncə-Daşkəsən iqtisadi rayonudur. Burada əmanətlər üzrə orta gəlirlilik 6,54% təşkil edir. Bu rayonda cəmi əmanətlərin həcmi 232,5 milyon manata çatır.
Ondan çox cüzi fərqlə geri qalan Abşeron-Xızı iqtisadi rayonunda isə orta faiz dərəcəsi 6,53%-dir. Lakin bu rayon cəlb etdiyi vəsaitlərin həcminə görə digərlərini qabaqlayır: burada 548,6 milyon manatlıq əmanət portfeli formalaşıb.
Siyahıda növbəti yerləri tutan regionlarda da oxşar tendensiya müşahidə olunur:
-
Qazax-Tovuz iqtisadi rayonunda cəmi 115,6 milyon manatlıq əmanət üçün orta faiz dərəcəsi 6,41%-dir.
-
Mərkəzi Aran iqtisadi rayonunda 124,6 milyon manatlıq portfelə 6,22% gəlirlilik təklif olunur.
-
Quba-Xaçmaz iqtisadi rayonunda isə 141,2 milyon manatlıq əmanətə orta hesabla 6,07% faiz ödənilir.