2023-cü ilin yanvar-mart ayları üzrə Azərbaycanda orta aylıq əmək haqqı 985,3 manata bərabər olub.
Əmək haqqı ən yüksək və ən aşağı olan – RAYON/ŞƏHƏRLƏR - SİYAHI (01.04.2024)
FED.az biznes və maliyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən yüksək orta aylıq əmək haqqı 1 243,7 manatla paytaxt Bakıdadır.
Bakıdan sonra 1 006,3 manat göstərici ilə Daşkəsən rayonu gəlir.
Uzun müddətdən sonra yenidən bərpa edilmiş Ağdərə rayonunda orta aylıq əmək haqqı 961,8 manat təşkil edib və bu rayonu siyahıda 3-cü pilləyə yüksəldib.
Şuşa rayonunda ilk rübdə orta aylıq maaş 879 manat təşkil edib və rayon 4-cü yeri tutub.
Şuşadan sona 872,7 manat göstərci ilə Sumqayıt şəhəri gəlir.
Bundan başqa Xankəndi 865,9 manatla 6-cı, Zəngilan rayonu 845,6 manatla 7-ci, Şirvan şəhəri 845,4 manatla 8-ci, Gədəbəy rayonu 838,3 manatla 9-cu, Naxçıvan şəhəri 837,7 manatla Naxçıvan şəhəri 10-cu olub.
Orta aylıq maaşın daha az olduğu rayonlar isə Qax (538,2 manat), Ağdaş (570,5 manat) və Xızı rayonları (578,4 manat) olub.