Regionlar

Daha bir kooperativ təsərrüfat yaradıldı - 29 NƏFƏR BİRLƏŞİB

Daha bir kooperativ təsərrüfat yaradıldı - 29 NƏFƏR BİRLƏŞİB | FED.az
11:22 12 Fev 2019

İsmayıllı rayonunun Külüllü kəndi ərazisində “Külüllü kənd təsərrüfatı məhsullarının istehsalı” kooperativi yaradılıb.

FED.az xəbər verir ki, kooperativdə 29 nəfər torpaq mülkiyyətçisi ilkin mərhələdə 140 hektardan artıq pay torpaq sahələrini, texnika və digər istehsal vasitələrini cəmləyərək təsərrüfat formalaşdırıblar.

Əvvəllər pərakəndə halda istifadə olunan torpaqların birləşdirilərək kooperasiya formasında əkilib-becərilməsinin üstünlükləri barədə danışan təsərrüfatın rəhbəri Mahmud Kazımov deyib: “Təsərrüfatın kollektiv idarəçiliyinin üstünlüklərini hər birimiz yaxşı başa düşürük. İnanırıq ki, kooperativ təsərrüfatımızda yüksək nəticələr əldə edəcəyik. Bələdiyyələrin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların da kooperativ tərəfindən əkilib-becərilməsi barədə qarşılıqlı razılıq əldə etmişik”.

Eləcə də bax: Gül biznesindən milyonlar qazanırlar - AZƏRBAYCANA DA GÖNDƏRİLİR

Qeyd edək ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramına və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında ilk təsərrüfat 2018-ci ilin oktyabrında Sabirabad rayonunun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində yaradılıb.

Digər xəbərlər