Prezident İlham Əliyevin tövsiyəsi ilə İsmayıllı rayonunun İvanovka kəndində “Karamel” fabriki tikiləcək.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az tikinti olan rayonlar - SİYAHI
FED.az xəbər verir ki, artıq fabrikin inşasına başlanılıb. Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçirilən təməlqoyma mərasimində rayon icra hakimiyyətinin rəhbərləri, kənd ağsaqqalları iştirak ediblər.
İcra başçısı tikiləcək fabrikin yeni iş yerlərinin açılmasına, bölgə iqtisadiyyatının inkişafına böyük töhfə verəcəyini bildirib.
Habelə rayonda sosial-iqtisadi layihələrin bundan sonra da həyata keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, İvanovkada quşçuluq fabrikinin də tikintisi nəzərdə tutulub.
"azərtac"