Regionlar

Bu rayon fındıqdan 18 milyon manat gəlir götürüb

Bu rayon fındıqdan 18 milyon manat gəlir götürüb | FED.az
17:53 18 Fev 2019

2018-ci ildə Balakən rayonunda fındıq bağlarından 6 min 205 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 819 ton artıb. Rayon əhalisi fındıqçılıqdan 18 milyon manat gəlir götürüb.

FED.az xəbər verir ki, bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildiriblər ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər rayonda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, son üç ildə rayon ərazisində 4 min 278 hektar sahədə yeni fındıq bağları salınmaqla, bağların ümumi sahəsi 9 min 944 hektara çatdırılıb. Cari ildə daha 700 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.

Digər xəbərlər