Azərbaycanın kredit bazarının coğrafi bölgüsü paytaxt Bakının maliyyə sistemindəki mütləq üstünlüyünü və regionlar arasında mövcud olan ciddi iqtisadi disbalansı bir daha nümayiş etdirir.
FED.az Mərkəzi Bankın hesabatı əsasında açıqlanan rəqmlərə istinadn xəbər verir ki, son statistik məlumatlara görə, ölkə üzrə verilmiş kreditlərin ümumi məbləği 23,8 milyard manat təşkil edib ki, bunun da 73%-dən çoxu təkbaşına Bakı şəhərinin payına düşür.
Paytaxtda cəmləşən kreditlərin məbləği 17,36 milyard manat təşkil edir. Bu, ölkənin digər bütün şəhər və rayonlarının birlikdə götürülmüş göstəricisindən təxminən 3 dəfə çoxdur.
Bakıdan sonra ən böyük kredit həcminə malik olan şəhərlər ölkənin iri sənaye mərkəzləri olan Sumqayıt (747,8 milyon manat) və Gəncədir (658,0 milyon manat). Lakin bu şəhərlərin göstəriciləri belə paytaxtla müqayisədə dəfələrlə aşağıdır.
İlk onluqda yer alan digər şəhər və rayonların bölgüsü isə aşağıdakı kimidir:
-
Naxçıvan şəhəri – 373,5 milyon manat
-
Abşeron rayonu – 336,7 milyon manat
-
Lənkəran rayonu – 276,9 milyon manat
-
Bərdə rayonu – 229,2 milyon manat
-
Xaçmaz rayonu – 203,2 milyon manat
-
Mingəçevir şəhəri – 195,6 milyon manat
-
Şəmkir rayonu – 179,5 milyon manat