Bu ilin mayın 1-nə banklar tərəfindən Azərbaycanın rayon və şəhərlərinə 28,1 milyard manat kredit verilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə bunun 21,5 milyard manat hissəsi paytaxt Bakının payına düşüb.
Bakıdan kənarlara nəzər yetirdikdə Sumqayıt şəhərinin payına 789,6 milyon manat, Gəncə şəhərinə 676,5 milyon manat, Naxçıvana 373,9 milyon manat düşüb.
Banklar tərəfindən Abşerona 338.5 milyon manat, Lənkərana 277,7 milyon manat, Bərdəyə 229,2 milyon manat kredit verilib.
Xaçmaz rayonu üzrə verilmiş kreditlərin ümumi məbləği 205,9 milyon manat, Mingəçevir üzrə 196,8 milyon manat, Şirvan üzrə isə 180,6 milyon manat təşkil edib.