Bu ilin martın 1-nə banklar tərəfindən Azərbaycanın rayon və şəhərlərinə 27,6 milyard manat kredit verilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə bunun 21,2 milyard manat hissəsi paytaxt Bakının payına düşüb.
Bakıdan kənarlara nəzər yetirdikdə Sumqayıt şəhərinin payına 770,2 milyon manat, Gəncə şəhərinə 652 milyon manat, Naxçıvana 368,4 milyon manat düşüb.
Banklar tərəfindən Abşerona 293,3 milyon manat, Lənkərana 267,2 milyon manat, Bərdəyə 222,7 milyon manat kredit verilib.
Xaçmaz rayonu üzrə verilmiş kreditlərin ümumi məbləği 197,7 milyon manat, Zaqatala üzrə 189,3 milyon manat, Mingəçevir üzrə 192,9 milyon manat, Şəmkir üzrə isə 178,3 milyon manat təşkil edib.