2025-ci ilin 1 oktyabr vəziyyətinə əsasən, Bakı şəhərinin rayonları üzrə işçilərin sayının 2024-cü ilin müvafiq dövrü ilə müqayisəli dinamikası açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı şəhəri üzrə cəmi işçilərin sayı 13 min 686 nəfər və ya 1,4% artaraq 972 min 657 nəfərdən 986 min 343 nəfərə yüksəlib.
Renkinqə işçilərin sayının illik faiz artımına görə ən yüksək dinamika ilə 6,2% (və ya 1 min 302 nəfər) artımla Suraxanı rayonu başçılıq edir. Belə ki, Suraxanı rayonunda işçilərin sayı 21 min 131 nəfərdən 22 min 433 nəfərə yüksəlib.
İkinci yerdə Xətai rayonu qərarlaşıb ki, burada işçilərin sayı 6,1% (və ya 5 min 442 nəfər) artaraq 88 min 816 nəfərdən 94 min 258 nəfərə çatıb.
Nərimanov rayonu 5,6% (və ya 6 min 237 nəfər) artımla üçüncü, Nəsimi rayonu isə 4,2% (və ya 9 min 180 nəfər) artımla dördüncü olub.
Digər rayonlar arasında Səbail rayonu (3,5% və ya 3 min 965 nəfər artım), Nizami rayonu (2,7% və ya 1 min 687 nəfər artım), Sabunçu rayonu (0,7% və ya 260 nəfər artım), Binəqədi rayonu (0,5% və ya 328 nəfər artım) və Qaradağ rayonu (0,2% və ya 51 nəfər artım) yer alıb.










