2025-ci ilin 1 oktyabr vəziyyətinə əsasən, Bakı şəhərinin rayonlarında dövlət sektorunda çalışan muzdlu işçilərin sayı açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə paytaxt üzrə dövlət sektorunda çalışanların ümumi sayı 394 897 nəfər təşkil edib.
Renkinqə Nəsimi rayonu başçılıq edir. Rayonda dövlət sektorunda çalışanların sayı 110 418 nəfər qeydə alınıb.
İkinci yerdə Yasamal rayonu qərarlaşıb – burada göstərici 96 861 nəfər olub.
Səbail rayonu 51 861 nəfər göstərici ilə üçüncü sırada yer alıb. Xətai rayonunda isə bu rəqəm 33 055 nəfər təşkil edib və dördüncü olub.
Digər rayonlardakı göstəricilər aşağıdakı kimidir:
Nərimanov rayonunda 22 317 nəfər dövlət işçisi qeydə alınıb. Binəqədi rayonu 18 144 nəfər göstərici ilə altıncı yerdə qərarlaşıb.
Xəzər rayonunda say 15 576 nəfər olub. Nizami rayonu 15 159 nəfər həcmlə siyahıda yer alıb.
Sabunçu rayonunda 10 588 nəfər, Qaradağ rayonunda isə 10 161 nəfər dövlət işçisi çalışır.
Siyahının son pillələrini Pirallahı rayonu (6 918 nəfər) və Suraxanı rayonu (3 839 nəfər) tamamlayır.
|
S/n |
Rayonlar və şəhərlər |
2025-cü il 1 oktyabr vəziyyətinə |
|
Bakı şəhəri |
394 897 |
|
|
1 |
Nəsimi rayonu |
110 418 |
|
2 |
Yasamal rayonu |
96 861 |
|
3 |
Səbail rayonu |
51 861 |
|
4 |
Xətai rayonu |
33 055 |
|
5 |
Nərimanov rayonu |
22 317 |
|
6 |
Binəqədi rayonu |
18 144 |
|
7 |
Xəzər rayonu |
15 576 |
|
8 |
Nizami rayonu |
15 159 |
|
9 |
Sabunçu rayonu |
10 588 |
|
10 |
Qaradağ rayonu |
10 161 |
|
11 |
Pirallahı rayonu |
6 918 |
|
12 |
Suraxanı rayonu |
3 839 |










