2025-ci ilin 1 oktyabr vəziyyətinə əsasən, Bakı şəhərinin rayonlarında dövlət sektorunda çalışan muzdlu işçilərin sayının artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, paytaxt üzrə ümumi sayda azalma müşahidə olunsa da, bəzi rayonlarda dövlət işçilərinin sayında artım qeydə alınıb.
Renkinqə Nərimanov rayonu başçılıq edir. Rayonda dövlət işçilərinin sayı ötən illə müqayisədə 6,7% və ya 1 410 nəfər artıb.
İkinci yerdə Xətai rayonu qərarlaşıb – burada artım 5,4% və ya 1 696 nəfər olub.
Qaradağ rayonu 3,1% və ya 304 nəfər artım tempi ilə üçüncü sırada yer alıb. Nəsimi rayonunda isə artım 2,7% və ya 2 910 nəfər təşkil edib və dördüncü olub.
Digər rayonlardakı göstəricilər aşağıdakı kimidir:
Suraxanı rayonunda 1,1% və ya 40 nəfər artım qeydə alınıb. Siyahını Səbail rayonu (0,9% və ya 486 nəfər) tamamlayır.










