FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, regionların 2019-cu il üzrə yerli xərcləri 840 mln 812 min manat olacaq. Bu cari ilə nəzərən 16,15% artıb. Xatırladaq ki, cari ildə isə regionların xərci 723 mln 925 min manat idi.
Eləcə də bax: Hansı rayon büdcəyə nə qədər pul ödəyəcək – SİYAHI, MƏBLƏĞLƏR
Cədvəldən aydın olur ki, 2019-ci ildə bütün rayonların xərci cari ilə nisbətən artacaq , yəni
xərcləri azalan rayon yoxdur. Xərcləri ən çox artan rayonlar bunlar olacaq: Bakı – 26,6 mln manat (əvvəlki illə müqayisədə 12,5% artım), Sumqayıt – 8,7 mln manat (19,2% artım) və Gəncə - 7,4 mln manat (22% artım).
Xərcləri ən az artan rayonlar isə Şuşa – 174 min manat, Qubadlı – 161 min manat və Xocavənd – 270min manat olacaq.
İşğal altında olan rayonlardan əlavə xərci ən az artan rayonlar Qobustan – 403 min manat, Naftalan – 433 min manat və Lerik – 555 min manat olacaq.
Eləcə də bax: Hansı rayona nə qədər pul ayrılacaq – SİYAHI, CƏDVƏL
Büdcə layihəsinə görə, gələn il Bakı, Sumqayıt və Gəncəni çıxmaq şərtilə, büdcəsi ən çox olan rayon və şəhərlər Şəmkir (19,9 milyon manat), Şəki (18,3 milyon manat), Lənkəran (17,1 milyon manat), Abşeron (16 milyon manat) və Tovuzdur (15,65 milyon manat).
Ümumiyyətlə, gələn il Azərbaycanda Bakı, Sumqayət və Gəncəni çıxmaq şərtilə 17 rayon və şəhərin büdcəsi 10 milyon manatdan artıqdır. Yuxarıda sadalananlardan əlavə bura Mingəçevir, Ağdam, Ağcabədi, Bərdə, Cəlilabad, Füzuli, Göyçay, Xaçmaz, Qazax, Quba, Salyan və Zaqatala aiddir.
Gələn il ən zəif büdcəsi olan rayonlar isə Naftalan (2,96 milyon manat), Cəbrayıl (3,1 milyon manat), Xızı (3,15 milyon manat), Xocalı (1,7 milyon manat), Xocavənd (2,7 milyon manat), Kəlbəcər (3,9 milyon manat), Qobustan (3,85 milyon manat), Qubadlı (2,3 milyon manat), Siyəzən (3,7 milyon manat), Şuşa (2,2 milyon manat) və Zəngilan (2,25 milyon manat) rayonlarıdır.
Sıra № |
Şəhər və rayonların adı | Regionlar üzrə yerli xərclər (manat) | |
Şəhərlər: | 2018-ci il | 2019-cu il | |
1. | Bakı | 211 311 000 | 237 880 000 |
2. | Gəncə | 33 534 000 | 40 890 000 |
3. | Lənkəran | 14 051 000 | 17 120 000 |
4. | Mingəçevir | 12 212 000 | 14 184 000 |
5. | Naftalan | 2 524 000 | 2 957 000 |
6. | Sumqayıt | 45 186 000 | 53 879 000 |
7. | Şəki | 15 106 000 | 18 271 000 |
8. | Şirvan | 8 049 000 | 9 218 000 |
9. | Yevlax | 5 442 000 | 6 848 000 |
10. | Xankəndi | ||
Rayonlar: | |||
11. | Abşeron | 13 179 000 | 15 993 000 |
12. | Ağcabədi | 8 940 000 | 10 995 000 |
13. | Ağdam | 10 099 000 | 11 638 000 |
14. | Ağdaş | 4 416 000 | 5 528 000 |
15. | Ağstafa | 7 497 000 | 8 945 000 |
16. | Ağsu | 5 923 000 | 6 509 000 |
17. | Astara | 6 260 000 | 7 437 000 |
18. | Balakən | 6 477 000 | 7 692 000 |
19. | Beyləqan | 6 010 000 | 7 082 000 |
20. | Bərdə | 10 892 000 | 12 900 000 |
21. | Biləsuvar | 5 714 000 | 6 397 000 |
22. | Cəbrayıl | 2 446 000 | 3 099 000 |
23. | Cəlilabad | 10 140 000 | 11 564 000 |
24. | Daşkəsən | 3 771 000 | 4 332 000 |
25. | Füzuli | 9 280 000 | 11 126 000 |
26. | Gədəbəy | 8 855 000 | 9 681 000 |
27. | Goranboy | 8 078 000 | 9 900 000 |
28. | Göyçay | 8 829 000 | 10 282 000 |
29. | Göygöl | 5 890 000 | 6 879 000 |
30. | Hacıqabul | 3 904 000 | 4 371 000 |
31. | Xaçmaz | 11 458 000 | 12 981 000 |
32. | Xızı | 2 822 000 | 3 145 000 |
33. | Xocalı | 1 356 000 | 1 673 000 |
34. | Xocavənd | 2 395 000 | 2 665 000 |
35. | İmişli | 6 820 000 | 7 689 000 |
36. | İsmayıllı | 6 837 000 | 7 483 000 |
37. | Kəlbəcər | 3 301 000 | 3 953 000 |
38. | Kürdəmir | 6 182 000 | 7 248 000 |
39. | Qax | 7 853 000 | 9 615 000 |
40. | Qazax | 9 363 000 | 10 925 000 |
41. | Qəbələ | 6 859 000 | 7 922 000 |
42. | Qobustan | 3 448 000 | 3 851 000 |
43. | Quba | 8 919 000 | 10 042 000 |
44. | Qubadlı | 2 117 000 | 2 278 000 |
45. | Qusar | 6 471 000 | 7 333 000 |
46. | Laçın | 5 647 000 | 6 215 000 |
47. | Lerik | 5 300 000 | 5 855 000 |
48. | Masallı | 8 210 000 | 9 569 000 |
49. | Neftçala | 6 448 000 | 7 499 000 |
50. | Oğuz | 5 057 000 | 6 080 000 |
51. | Saatlı | 7 207 000 | 8 644 000 |
52. | Sabirabad | 8 247 000 | 9 309 000 |
53. | Salyan | 10 548 000 | 11 698 000 |
54. | Samux | 4 784 000 | 5 556 000 |
55. | Siyəzən | 3 210 000 | 3 712 000 |
56. | Şabran | 4 300 000 | 4 826 000 |
57. | Şamaxı | 7 612 000 | 8 788 000 |
58. | Şəmkir | 16 608 000 | 19 875 000 |
59. | Şuşa | 2 055 000 | 2 229 000 |
60. | Tərtər | 7 366 000 | 8 934 000 |
61. | Tovuz | 12 780 000 | 15 648 000 |
62. | Ucar | 5 939 000 | 7 248 000 |
63. | Yardımlı | 4 438 000 | 4 911 000 |
64. | Zaqatala | 9 951 000 | 12 411 000 |
65. | Zəngilan | 1 940 000 | 2 257 000 |
66. | Zərdab | 6 062 000 | 7 148 000 |
Cəmi: | 723 925 000 | 840 812 000 | |