2024-cü ildə Azərbaycanda çalışan işçilərin sayı 1 milyon 778,5 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ən çox işçi sayı paytaxt Bakı şəhərində qeydə alınıb. Ötən ilin sonuna şəhərin işçi sayı 982,5 min nəfər olub.
Sumqayıt şəhəri 61,2 min nəfərlə 2-ci, Abşeron rayonu isə 48,6 min nəfərlə 3-cüdür.
Gəncə şəhərində işçi sayı 45,2 min nəfər olub.
Naxçıvan şəhəri isə 33,1 min nəfərlə ilk beşliyə daxil olub.
75 şəhər və rayon üzrə işğaldan azad olunmuş rayonlarda son pillələrdə qərarlaşsa da, bəzi rayonlardan üstün pillədə yer alıblar. Siyahının son pilləsində 0,1 min nəfərlə Ağdərə, 0,7 min nəfərlə Xankəndi şəhəri olub.
1,4 min nəfərlə Xocalı və Xocavənd rayonları 1,1 min nəfər işçisi olan Sədərək rayonunu qabaqlayıblar.
2,6 min nəfər işçisi olan Şuşa və Qubadlı rayonu 2,5 min işçisi olan Kəngərli rayonunu ötüb.
Ümumilikdə isə 30 rayon və şəhərdə çalışanların sayı 10 min nəfərdən yüksək olub.