2024-cü ildə Azərbaycanda 14 min 817 ton yun istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə yun istehsalının həcminə görə Sabirabad rayonu 1-ci yerdə qərarlaşıb. Rayonda ötən il 618 ton yun istehsal olunub.
Beyləqan rayonu 603 ton ilə ikincidir.
Gədəbəy rayonunda 2024-cü ildə 554, Şəmkirdə isə 540 ton yun istehsal olunub.
6 rayon və şəhərdə isə istehsal 10 tondan aşağı olub.
Belə ki, Mingəçevir və Sumqayıt şəhərlərində 7 ton, Xocalı rayonunda 6 ton, Naftalan şəhərində 5 ton, Gəncə şəhəri və Ağdərə rayonunda isə 2 ton yun istehsal edilib.