Regionlar

Azərbaycanın ən çox və ən az vergi ödəyən – RAYONLARI, SİYAHI

Azərbaycanın ən çox və ən az vergi ödəyən – RAYONLARI, SİYAHI | FED.az
15:14 30 Yan 2019
Azərbaycanda formalaşan büdcə gəlirlərinin adambaşına düşən həcmi açıqlanıb. FED.az iqtisadçı ekspert Rövşən Ağayevə istinadən bildirir ki, 2018-ci ilin göstəricilərinə əsasən, Azərbaycanda adambaşına düşən büdcə gəlirlərinin məbləği 744,6 manatdır. 

Amma ölkənin ayrı-ayrı rayon və şəhərlərində büdcə gəlirlərinin adambaşına düşən məbləği kəskin fərqlənir. Belə ki, büdcə gəlirlərinin böyük hissəsini təşkil edən paytaxt Bakıda adambaşına düşən büdcə gəlirinin məbləği 2986,3 manat təşkil edir. 

ELƏCƏ DƏ BAX: Sahibkarlar iş yerlərini ixtisar etməsinlər - PREZİDENT

Digər rayon və şəhərlərdə bu göstərici, həm Bakı şəhərindən, həm də ölkə üzrə orta göstəricidən qat-qat aşağıdır. 

Azərbaycanda formaşalan büdcə gəlirlərinin adambaşına həcminə görə ilk 10-luqda olan rayon və şəhərlər:

Naftalan – 415,4 manat
Sumqayıt – 263,8 manat
Şirvan – 214,5 manat
Mingəçevir – 204,8 manat
Abşeron – 194,8 manat 
İmişli – 176,3 manat 
Gəncə – 144,0 manat
Qəbələ - 141,7 manat
Xaçmaz – 127,7 manat
Xızı – 116,9 manat 


Eləcə də bax: 17 milyard manat vəsait qoyulacaq – YENİ PROQRAM



Azərbaycanda formaşalan büdcə gəlirlərinin adambaşına həcminə görə son 10-luqda olan rayon və şəhərlər:

Lerik – 25,6 manat
Yardımlı -33,4 manat
Cəlilabad – 36,0 manat
Goranboy – 41,9 manat
Masallı – 42,9 manat 
Ucar – 45,1 manat

Tərtər – 46,5 manat
Gədəbəy – 49,4 manat
Zərdab – 49,4 manat
Samux – 50,2 manat

Digər xəbərlər