2024-cü il üzrə Azərbaycanın rayon və şəhərlərinin malların istehsalı və xidmətlərin göstərilməsi üzrə göstəricilər açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə üzrə 64 milyard 60 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib.
Məlumata görə ilk üçlüyə Bakı şəhəri (53 milyard 184 milyon manat), Sumqayıt şəhəri (3 milyard 775 milyon manat) və Abşeron rayonu (960,8 milyon manat) daxildir.
Bu ərazilərdən kənar bölgələrə baxılacaq olarsa ən yüksək göstərici təxminən 607,2 milyon manat göstərici ilə Gəncə şəhəri gəlir.
Gəncədən sonra məhsul buraxılışının və xidmətlərin həcminə görə İmişli rayonu gəlir. Rayon üzrə ümumi göstərici 494,1 milyon manat təşkil edib.
Bundan başqa ümumi dəyər Şirvan şəhəri üzrə 481 milyon manat, Daşkəsən rayonu üzrə 318 milyon manat, Mingəçevir şəhəri üzrə 301,2 milyon manat, Zaqatala rayonu üzrə 232,3 milyon manat, Xaçmaz rayonu üzrə 228,2 milyon manat, Qazax rayonu üzrə 211,3 milyon manat, Hacıqabul rayonu üzrə 209,8 milyon manat, Lənkəran rayonu üzrə isə 165,8 milyon manata bərabər olub.