Bu ilin 1 yanvar vəziyyətinə görə Azərbaycanda rəsmi qeydiyyatda olan işsiz şəxslərin sayı 27,2 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin açıqladığı rəqəmlərdən aydın olur ki, rəsmi işsiz sayı üzrə ən yüksək göstərici 35,5 min nəfərlər Bakı`nın payına düşüb.
Paytaxt Bakıdan sonra ikinci pillədə 6,6 min nəfərlə Ağdam rayonu gəlir.
Bərdə rayonunda işsizlik 6,3 min nəfər civarındadır.
Şəmkir rayonunda bu göstərici 6 min nəfər, Sumqayıt və Qubada isə 5,4 min nəfərdən bir qədər çoxdur.
Lənkəranda rəsmi işsizlərin sayı 5,4 min nəfərə yaxın olub, Şəkidə isə 5,1 min nəfərdən çox olub.
Bundan başqa rəsmi olaraq 2024-cü ildə Abşeronda 4,9 min nəfər, Göyçayda 4,8 min nəfər, Zaqatalada 4,7 min nəfərə bərabər olub.
Ümumilikdə işsiz şəxslərin sayı 3 rayonda 6 min nəfərdən, 4 rayonda 5 min nəfərdən, 4 rayonda 4 min nəfərdən, 9 rayonda 3 min nəfərdən, 23 rayonda 2 min nəfərdən, 18 rayonda min nəfərdən yüksək, 11 rayonda isə min nəfərdən aşağıdır.
Hesabat dövründə ən az qeydiyyatda olan işsiz sayı isə Naftalan (224 nəfər) və Xocavənddə (480 nəfər) qeydə alınıb.