Azərbaycanda muzdla çalışan işçilərin sayına görə şəhər və rayonların reytinqi müəyyənləşib.
Ölkə üzrə muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 770 min 800 nəfər təşkil edir. Paytaxt Bakı 979 min 500 nəfərlə bu göstəriciyə görə liderlik edir ki, bu da ümumi sayın yarıdan çoxudur.
İkinci yerdə 63 min nəfərlə Sumqayıt şəhəri, üçüncü yerdə isə 50 min 200 nəfərlə Abşeron rayonu qərarlaşıb.
Siyahıda növbəti yerləri Gəncə şəhəri (45 min 100 nəfər), Naxçıvan şəhəri (33 min 300 nəfər) və Lənkəran rayonu (21 min 400 nəfər) tutur.
Muzdla çalışan işçilərin sayı 15 min nəfərdən çox olan digər şəhər və rayonlar isə bunlardır: Xaçmaz rayonu (17 min 100 nəfər), Mingəçevir şəhəri (16 min 500 nəfər), Bərdə rayonu (16 min 300 nəfər), Şəmkir rayonu (15 min 900 nəfər), Masallı rayonu (15 min 300 nəfər) və Tovuz rayonu (15 min 200 nəfər).
Reytinqin davamında Quba rayonu (14 min 900 nəfər), Sabirabad rayonu (14 min 500 nəfər) və Ağcabədi rayonu (13 min 300 nəfər) yer alıb.