Bu ilin birinci yarısında Yardımlı rayonunda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35910 min manatlıq, o cümlədən 23050 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12860 min manatlıq qeyri-ərzaq malları satılıb.
Eləcə də bax: Azərbaycanda adambaşına 168 manatlıq - Ərzaq, İçki və Siqaret Satılıb
FED.az xəbər verir ki, bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev "azərtac"ın bölgə müxbirinə məlumat verib.
Bildirilib ki, bu ilin altı ayında istehlak məhsullarının dəyər ifadəsində 1,7 faizi ticarət müəssisələri, 98,3 faizi isə fərdi sahibkarlar tərəfindən satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,3 dəfə, fərdi sahibkarlar üzrə isə 0,3 faiz artıb.
Bu dövrdə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 87,9 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 0,1 faiz çox olub.
Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 56,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 31,5 manatlıq qeyri-ərzaq malları alıb. Bu, ötən ilə nisbətdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, ölkə üzrə əmtəə dövriyyəsinin ümumi həcmində Yardımlı rayonunun xüsusi çəkisi 0,3 faiz təşkil edir. Satılmış malların 64,1 faizə qədəri ərzaq, qalan 35,9 faizi isə qeyri-ərzaq malları təşkil edib.