Azərbaycanda işsiz kimi qeydiyyata alınmış şəxslərin sayına görə şəhər və rayonların reytinqi müəyyənləşib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə üzrə bu göstərici ümumilikdə 229,055 nəfər təşkil edir.
Siyahıya paytaxt Bakı şəhəri başçılıq edir. Paytaxtda 38,770 nəfər işsiz kimi qeydiyyatdadır.
İkinci yerdə 6,590 nəfərlə Ağdam rayonu, üçüncü yerdə isə 6,332 nəfərlə Bərdə rayonu qərarlaşıb.
Siyahıda növbəti yerləri Şəmkir rayonu (6,051 nəfər), Lənkəran rayonu (5,993 nəfər), Sumqayıt şəhəri (5,833 nəfər) və Abşeron rayonu (5,691 nəfər) tutur.
İlk onluqda həmçinin Quba rayonu (5,405 nəfər), Göyçay rayonu (4,835 nəfər) və Cəlilabad rayonu (4,659 nəfər) yer alıb.