2025-ci ildə Azərbaycanın regionlarında əsas kapitala yatırılan investisiyaların həcmində müşahidə olunan kəskin artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bir çox rayonda investisiya axını əvvəlki illə müqayisədə dəfələrlə artıb.
İnvestisiya dinamikasının ən yüksək olduğu bölgə Tovuz rayonudur. Bu rayona yatırılan vəsaitlər 2024-cü ildəki 5 milyon 9 min manatdan 2025-ci ildə 68 milyon 580 min manata yüksələrək 63 milyon 571 min manat, yəni 13,7 dəfə artıb.
Xızı rayonunda isə mənzərə daha təsirlidir: ötən illə müqayisədə investisiyalar 474 milyon 997 min manat çoxalaraq 47 milyon 320 min manatdan 522 milyon 317 min manata çatıb (11 dəfə).
Qobustan rayonunda qeydə alınan 10,3 dəfəlik artım isə 921 min manatdan 9 milyon 478 min manata qədər yüksəlişlə (8 milyon 558 min manat) müşayiət olunub.
Digər bölgələrdə də kəskin artımlar nəzərə çarpır. Məsələn, Lerik rayonuna qoyulan investisiyalar 4,9 dəfə və ya 7 milyon 336 min manat artaraq 1 milyon 893 min manatdan 9 milyon 228 min manata çatıb.
Gəncə şəhərində bu artım 4,5 dəfə və ya 400 milyon 226 min manat təşkil edərək 113 milyon 549 min manatdan 513 milyon 775 min manata yüksəlib.
Xankəndi şəhərində və Oğuz rayonunda investisiya qoyuluşu eyni templə – 4 dəfə artıb. Xankəndidə 273 milyon 202 min manatlıq (90,7 milyondan 363,9 milyon manata), Oğuzda isə 23 milyon 213 min manatlıq (7,8 milyondan 31 milyon manata) artım qeydə alınıb.
Gədəbəy rayonunda investisiya həcmi 3,4 dəfə və ya 58 milyon 874 min manat çoxalaraq 24 milyon 80 min manatdan 82 milyon 955 min manata çatıb.
Beyləqan rayonunda 3,3 dəfəlik (8 milyon 330 min manatlıq) artımla 11 milyon 981 min manata, Astara rayonunda isə 3,2 dəfəlik (101 milyon 50 min manatlıq) artımla 147 milyon 779 min manata yüksəliş olub.
Xocalı rayonunda 3 dəfə artaraq 121 milyon 328 min manat çoxalmış və 183 milyon 268 min manata çatmışdır.
İnvestisiya axını Hacıqabulda 2,5 dəfə (97 milyon 983 min manat artım), Şirvan şəhərində 2,4 dəfə (165 milyon 163 min manat artım) və Ağdaş rayonunda 2,3 dəfə (61 milyon 257 min manat artım) genişlənib.
Siyahını tamamlayan Daşkəsən və Şəki rayonlarında isə investisiya həcmi 2,2 dəfə artıb. Bu rayonlarda artım müvafiq olaraq 23 milyon 13 min manat və 66 milyon 280 min manat təşkil edib.











