2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın regionlarında yeni açılan iş yerlərinin sayında kəskin azalma müşahidə olunan rayonlar müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi rayonlarda yeni iş yerlərinin sayı əvvəlki illə müqayisədə dəfələrlə aşağı düşüb.
Renkinqə Babək rayonu başçılıq edir. Rayonda yeni açılan iş yerlərinin sayı ötən illə müqayisədə rekord həddə – 37,0 dəfə azalaraq 74-dən 2-yə düşüb.
İkinci yerdə Culfa rayonu qərarlaşıb. Burada azalma 34,0 dəfə təşkil edib (iş yerlərinin sayı 34-dən 1-ə enib).
Şabran rayonu 29,3 dəfə azalma tempi ilə üçüncü sırada yer alıb (say 556-dan 19-a geriləyib). Sədərək rayonunda isə azalma 20,0 dəfə olub (20-dən 1-ə) və dördüncü olub.
Digər rayonlardakı azalma göstəriciləri aşağıdakı kimidir:
Ordubad rayonunda iş yerlərinin sayı 15,5 dəfə azalaraq 31-dən 2-yə, Masallı rayonunda isə 9,3 dəfə azalaraq 343-dən 37-yə düşüb.
Naftalan şəhərində 8,6 dəfə (120-dən 14-ə), Şuşa rayonunda 7,0 dəfə (324-dən 46-ya), Ucar rayonunda isə 5,8 dəfə (81-dən 14-ə) azalma qeydə alınıb.
Siyahının orta sıralarında Şərur rayonu (3,7 dəfə azalma), Ağdaş rayonu (3,0 dəfə azalma), Gədəbəy rayonu (2,6 dəfə azalma) və Salyan rayonu (2,5 dəfə azalma) yer alıb.
Renkinqi Xızı rayonu (2,4 dəfə azalma), Naxçıvan şəhəri (2,3 dəfə azalma) və Lənkəran rayonu (2,2 dəfə azalma) tamamlayır.










