Bu ilin oktyabrın 1-nə, Azərbaycan Respublikası üzrə təyin olunmuş pensiya məbləğləri cəmi 540 manat təşkil edib.
FED.az bu barədə Dövlət Staistika Komitəsinə istinadən xəbər verir.
Renkinqə ən yüksək təyin olunmuş pensiya məbləği ilə 740 manatla Bakı şəhəri başçılıq edir.
İkinci yerdə 506 manatla Naxçıvan Muxtar Respublikası qərarlaşıb.
Zəngilan rayonu 459 manatla üçüncü, Şirvan şəhəri isə 457 manatla dördüncü olub.
Digər iqtisadi rayonlar və inzibati ərazi vahidləri arasında Sumqayıt şəhəri (452 manat), Siyəzən rayonu (451 manat), Şuşa rayonu (449 manat), Gəncə şəhəri (444 manat), Abşeron rayonu (444 manat) və Qubadlı rayonu (435 manat) yer alıb.










