2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə təyin olunmuş pensiya məbləğlərinin ən az olduğu ərazilər açıqlanıb.
FED.az Dövlət Staistika Komitəsinə istinadən xəbər verir. ki, renkinqə ən az təyin olunmuş pensiya məbləği ilə 400 manatla Xocalı rayonu başçılıq edir.
İkinci yerdə 406 manatla Balakən rayonu qərarlaşıb.
Xızı rayonu 410 manatla üçüncü, Ağdam rayonu, Biləsuvar rayonu, Masallı rayonu və Zaqatala rayonu isə hər biri 411 manatla dördüncü olub.
Digər iqtisadi rayonlar və inzibati ərazi vahidləri arasında Astara rayonu (412 manat), Xocavənd rayonu (412 manat) və Ucar rayonu (413 manat) yer alıb.










