2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası üzrə orta aylıq nominal əməkhaqqı cəmi 1 087,7 manat təşkil edib.
Renkinqə ən yüksək orta aylıq nominal əməkhaqqı ilə 1 496,9 manatla Xankəndi şəhəri başçılıq edir.
İkinci yerdə 1 360,4 manatla Bakı şəhəri qərarlaşıb.
Daşkəsən rayonu 1 271,8 manatla üçüncü, Xocalı rayonu isə 1 025,7 manatla dördüncü olub.
Digər iqtisadi rayonlar və inzibati ərazi vahidləri arasında Ağdərə rayonu (1 022,9 manat), Zəngilan rayonu (980,3 manat), Şuşa rayonu (948 manat), Sumqayıt şəhəri (931,3 manat), Gədəbəy rayonu (924,8 manat), Şirvan şəhəri (893,8 manat), Naxçıvan şəhəri (886,9 manat), Qubadlı rayonu (876,8 manat), Kəngərli rayonu (806,5 manat), Qəbələ rayonu (802,8 manat) və Siyəzən rayonu (799,4 manat) yer alıb.










