2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə ən aşağı orta aylıq nominal əməkhaqqının səviyyəsi açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, renkinqin ən aşağı pilləsində orta aylıq nominal əməkhaqqı ilə 579,3 manatla Qax rayonu yer alır.
İkinci yerdə 615,2 manatla Balakən rayonu qərarlaşıb.
Ağstafa rayonu 629,5 manatla üçüncü, Xızı rayonu isə 630,8 manatla dördüncü olub.
Digər iqtisadi rayonlar və inzibati ərazi vahidləri arasında Tərtər rayonu (641,2 manat), Masallı rayonu (644,4 manat), Saatlı rayonu (644,6 manat), Sabirabad rayonu (646,9 manat), Oğuz rayonu (648,1 manat) və Ağcabədi rayonu (650,3 manat) yer alıb.










