2025-ci il fevralın ayının 1-nə banklar tərəfindən Azərbaycan regionlarına manatla kredit qoyuluşu, o cümlədən həmin kredit məbləğlərinin orta faiz dərəcələri məlum olub.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, milli valyutada regionlara 14,83%-lə 23,1 milyard manat kredit verilib. Onun da 14% dərəcə ilə 3,7 milyard manatı qısamüddətli, 14,92% dərəcə ilə 19,4 milyard manatı uzun müddətli kreditlərdir.
Milli valyutada ən baha kreditlərin verildiyi rayonlara Dağlıq Şirvan iqtisadi rayonu (19,41%), Şirvan-Şalyan iqtisadi rayonu (19,35%) , Qarabağ iqtisadi rayonu (19,20%), Lənkəran-Astara iqtisadi rayonu (19,11%), Mil-Muğan iqtisadi rayonu (19,01%) daxildir.
Milli valyutada qısa müddətə ən baha kreditlərin verildiyi rayonlara Şirvan-Salyan iqtisadi rayonu (19,59%), Qazax-Tovuz iqtisadi rayonu (19,06%) , Dağlıq-Şirvan iqtisadi rayonu (18,97%), Mərkəzi-Aran iqtisadi rayonu (18,69%), Mil-Muğan iqtisadi rayonu (118,17%) daxildir.
Milli valyutada uzun müddətə ən baha kreditlərin verildiyi rayonlar isə Şərqi-Zəngəzur iqtisadi rayonu (19,79%), Dağlıq Şirvan iqtisadi rayonu (19,43%), Şirvan-Şalyan iqtisadi rayonu (19,34%) , Qarabağ iqtisadi rayonu (19,30%), Lənkəran-Astara iqtisadi rayonlarıdır (19,15%).