Azərbaycanda orta aylıq nominal əməkhaqqının məbləği ən aşağı olan rayonların bəziləri məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, siyahının sonunda 630,1 manatla Ağstafa rayonu qərarlaşıb.
Xızı rayonunda bu göstərici 631 manat, Ağdaş rayonunda 634,9 manat, İsmayıllı rayonunda 647,6 manat, Tərtər rayonunda 648 manat, Masallı rayonunda isə 648,5 manat təşkil edib.
Sabirabad (651,5 manat), Ağcabədi (651,9 manat), Yardımlı (653,4 manat) və Lerik (654,1 manat) rayonları da aşağı göstəricilərə malik rayonlar sırasındadır.