Azərbaycanda regionlar üzrə vaxtı keçmiş kreditlərin ümumi portfeldəki xüsusi çəkisi açıqlanıb. Mərkəzi Bankın statistikasına əsasən hazırlanan renkinq bəzi rayonlarda kredit intizamının aşağı olduğunu göstərir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, problemli kreditlərin payına görə antireytinqə Neftçala rayonu başçılıq edir. Bu rayonda ümumi kredit portfeli 38,6 milyon manat, vaxtı keçmiş kreditlərin məbləği 6,6 milyon manatdır. Yəni götürülən kreditlərin 17,1%-inin qaytarılmasında problem var.
Siyahıda ikinci pillədə Saatlı rayonu qərarlaşıb, burada ümumi kredit portfeli 39 milyon manat, vaxtı keçmiş borclar 1,9 milyon manat, problemli kreditlərin payı isə 4,9% olub.
Borcların ödənilməsi vəziyyətinə görə növbəti sıralarda Zaqatala və Kəngərli rayonları gəlir. Zaqatala rayonunda ümumi kredit portfeli 212 milyon manat, vaxtı keçmiş kreditlər 5,6 milyon manatdır, gecikən kreditlərin ümumi portfeldə payı 2,6% təşkil edib.
Kəngərli rayonunda isə ümumi kredit portfeli 7,7 milyon manat, vaxtı keçmiş borc 0,2 milyon manat, problemli hissə 2,6% qeydə alınıb.
Ölkənin iqtisadi cəhətdən aktiv rayonlarından olan Şəmkirdəki banklar da problemli kreditlərdən əziyyət çəkir. Bu rayonda ümumi kredit portfeli 192,5 milyon manat, vaxtı keçmiş kreditlər 4,9 milyon manatdır. Yəni verilmiş kreditlərin 2,5%-nin qaytarılmasında problem var. Yevlax rayonunda isə cəmi kredit portfeli 113,3 milyon manat, vaxtı keçmiş borclar 2,8 milyon manat, problemli kreditlərin payı isə 2,5% səviyyəsində müəyyənləşib.
Siyahını hər birində problemli kredit payı 1,9% olan dörd rayon tamamlayır.
Gədəbəy rayonunda ümumi portfel 26,2 milyon manat, vaxtı keçmiş borc 0,5 milyon manat, Abşeron rayonunda ümumi portfel 380,5 milyon manat, vaxtı keçmiş borc 7,2 milyon manat; Ağdaş rayonunda ümumi portfel 42,9 milyon manat, vaxtı keçmiş borc 0,8 milyon manat; Culfa rayonunda isə ümumi kredit portfeli 10,8 milyon manat, vaxtı keçmiş borcların məbləği isə 0,2 milyon manatdır.
Regionlar üzrə problemli kreditlərin renkinqi (Faizə görə azalan sıra ilə)
|
№ |
Regionun adı |
Cəmi portfel |
Vaxtı keçmiş borc |
Vaxtı keçmiş borcun ümumi portfeldə payı |
|
1 |
Neftçala |
38,6 milyon manat |
6,6 milyon manat |
17,1% |
|
2 |
Saatlı |
39,0 milyon manat |
1,9 milyon manat |
4,9% |
|
3 |
Zaqatala |
212,0 milyon manat |
5,6 milyon manat |
2,6% |
|
4 |
Kəngərli |
7,7 milyon manat |
0,2 milyon manat |
2,6% |
|
5 |
Şəmkir |
192,5 milyon manat |
4,9 milyon manat |
2,5% |
|
6 |
Yevlax |
113,3 milyon manat |
2,8 milyon manat |
2,5% |
|
7 |
Gədəbəy |
26,2 milyon manat |
0,5 milyon manat |
1,9% |
|
8 |
Abşeron |
380,5 milyon manat |
7,2 milyon manat |
1,9% |
|
9 |
Ağdaş |
42,9 milyon manat |
0,8 milyon manat |
1,9% |
|
10 |
Culfa |
10,8 milyon manat |
0,2 milyon manat |
1,9% |










