Bu ilin sentyabrın 1-i vəziyyətinə banklar tərəfindən Azərbaycanın iqtisadi rayonlarına ümumilikdə 28 milyard 705 milyon manat kredit verilib.
Rəsmi statistikaya görə, kreditləşmə həcminə görə ilk beşlikdə Bakı iqtisadi rayonu qərarlaşıb. Paytaxtı əhatə edən rayona 21,8 milyard manat kredit verilib. Siyahıda sonrakı yerləri Abşeron-Xızı (1,17 milyard manat), Gəncə-Daşkəsən (869 milyon manat), Lənkəran-Astara (681 milyon manat) və Mərkəzi Aran (589 milyon manat) iqtisadi rayonları tutur.
Kreditlər üzrə ən yüksək orta faiz dərəcələri isə fərqli regionlarda qeydə alınıb. Bu göstəriciyə görə ilk beşlikdə Dağlıq Şirvan (19,95%), Mil-Muğan (19,88%), Lənkəran-Astara (19,65%), Qarabağ (19,64%) və Şirvan-Salyan (19,59%) iqtisadi rayonları yer alıb.
Qeyd edək ki, ən aşağı orta faiz dərəcəsi (12,63%) ən çox kreditin verildiyi Bakı iqtisadi rayonunda müşahidə olunub.