2024-cü illə müqayisədə 2025-ci ildə Azərbaycanın regionlarında ictimai iaşə dövriyyəsində müşahidə olunan artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə ümumi dövriyyə 434 milyon 263 min manat və ya 18,3 faiz artaraq 2 milyard 808 milyon 551 min manata çatıb.
Təqdim olunan statistikaya əsasən, ən yüksək artım dinamikası Ağcabədi rayonunda qeydə alınıb; burada iaşə dövriyyəsi 14 milyon 844 min manatdan 18 milyon 188 min manata yüksələrək 3 milyon 344 min manat, yəni 22,5 faiz artıb. İkinci pillədə 337 milyon 11 min manatlıq (19,9 faiz) artımla Bakı şəhəri qərarlaşıb və burada dövriyyə 2 milyard 32 milyon 999 min manata çatıb. Abşeron rayonunda 4 milyon 128 min manatlıq (18,7 faiz), Göyçay rayonunda isə 3 milyon 32 min manatlıq (18,7 faiz) artım müşahidə olunub.
Artım dinamikası digər bölgələr üzrə aşağıdakı kimidir:
Goranboy rayonunda 1 milyon 46 min manatlıq və ya 18,5 faizlik artımla göstərici 6 milyon 702 min manata yüksəlib.
Sumqayıt şəhərində 9 milyon 691 min manatlıq, Ağsu rayonunda 1 milyon 149 min manatlıq, İsmayıllı rayonunda 1 milyon 335 min manatlıq, Samux rayonunda 896 min manatlıq, Ağstafa rayonunda 701 min manatlıq, Tovuz rayonunda 2 milyon 538 min manatlıq, Xaçmaz rayonunda 4 milyon 975 min manatlıq, Mingəçevir şəhərində isə 2 milyon 78 min manatlıq artım qeydə alınıb ki, bu bölgələrin hər birində artım 18,3 faiz təşkil edir.
Siyahını 18,2 faizlik (910 min manatlıq) artımla 5 milyon 920 min manata çatan Göygöl rayonu tamamlayır.











