2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə qeydiyyata alınmış işsiz şəxslərin sayının 2024-cü ilin müvafiq dövrü ilə müqayisəli dinamikası, yəni ən çox azaldığı rayonlar açıqlanıb.
FED.az xəbər verir ki, renkinqə işsiz şəxslərin sayında ən çox faiz azalması ilə 35% (və ya 503 nəfər) azalışla Samux rayonu başçılıq edir. Belə ki, Samux rayonunda işsizlərin sayı 1 min 438 nəfərdən 935 nəfərə enib.
İkinci yerdə Şamaxı rayonu qərarlaşıb ki, burada işsiz şəxslərin sayı 25,2% (və ya 616 nəfər) azalaraq 2 min 441 nəfərdən 1 min 825 nəfərə çatıb.
Goranboy rayonu 21,9% (və ya 559 nəfər) azalışla üçüncü, Yevlax rayonu isə 18,3% (və ya 624 nəfər) azalışla dördüncü olub.
Digər rayon və şəhərlər arasında Ağsu rayonu (15,2% və ya 319 nəfər azalış), Balakən rayonu (14,0% və ya 381 nəfər azalış), Naftalan şəhəri (10,9% və ya 26 nəfər azalış), Xaçmaz rayonu (10,5% və ya 449 nəfər azalış), Göygöl rayonu (10,2% və ya 189 nəfər azalış) və Oğuz rayonu (7,9% və ya 153 nəfər azalış) qeydə alınıb.










