2026-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycanda muzdlu işçilərin sayı ilə bağlı göstəricilər məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə üzrə ümumilikdə qeydə alınan 1 808 027 muzdlu işçinin mütləq əksəriyyəti, yəni 1 007 863 nəfəri Bakı şəhərinin payına düşür.
Paytaxtdan sonra digər bölgələr üzrə sıralama Sumqayıt şəhərindən başlayır.
Belə ki, cədvələ əsasən Sumqayıtda muzdlu işçilərin sayı 65 290 nəfər təşkil edir.
Siyahıda daha sonra 52 342 işçi ilə Abşeron rayonu və 44 342 nəfərlik göstərici ilə Gəncə şəhəri gəlir.
Naxçıvan şəhərində işçilərin sayı 34 028, Lənkəran rayonunda isə 21 173 nəfər təşkil edib.
Sonrakı yerlərdə qərarlaşan Şəki rayonunda 19 838, Mingəçevir şəhərində 16 707, Xaçmaz rayonunda 16 346, Şəmkir rayonunda isə 16 081 muzdlu işçinin olduğu qeyd edilib.











