Ötən il ümumi respublika üzrə istehsalı və xidmət göstərilməsinin dəyəri 64,1 milyard manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, paytaxt zonasından kənarda rayonlar arasında ən aşağı göstərici Qobustan şəhərinə aiddir. Rayon üzrə göstərici 5,2 milyon manat təşkil edib.
Siyahıda ən aşağı iqtsiadi göstəricilərə malik olan rayonlar aşağıdakılardır:
Yardımlı rayonu 6,4 mln. manat göstərici ilə sondan ikincidir.
Naftalan şəhəri və Lerik rayou üzrə istehsal 7 milyon manata bərabərdir.
Xızı rayonunda bu rəqəm 11,4 milyon manatdır.
Qeyd bu siyahıya işağldan azad edilmiş rayonlar daxil edilməyib.