Azərbaycanda orta aylıq nominal əməkhaqqının məbləğinə görə şəhər və rayonların reytinqi müəyyənləşib.
Ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 097,3 manat təşkil edir. Bu göstəriciyə görə, 1 479,9 manatla Xankəndi şəhəri liderlik edir.
İkinci yerdə 1 375,4 manatla paytaxt Bakı, üçüncü yerdə isə 1 131,1 manatla Daşkəsən rayonu qərarlaşıb.
Siyahıda növbəti yerləri Ağdərə rayonu (1 034 manat), Xocalı rayonu (1 019,8 manat) və Şuşa rayonu (956,1 manat) tutur.
İlk onluqda həmçinin Sumqayıt şəhəri (942,8 manat), Gədəbəy rayonu (928,4 manat), Naxçıvan şəhəri (903 manat) və Kəngərli rayonu (820,4 manat) yer alıb.