2023-cü ildə Azərbaycanda ümumilikdə 4 575 müəssisə fəaliyyət göstərib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ən çox müəssisə sayı 2 min 687 olmaqla paytaxt Bakıdadır.
Bakıdan sonra Sumqayıt şəhəri ikinci (248), Abşeron isə üçüncü (247) olub.
Gəncə şəhəri 122 müəssisə ilə dördüncü yerdə qərarlaşıb. Zaqatalada isə ötən il 69 müəssisə fəaliyyət göstərib.
Ən aşağı rəqəmlər isə işğaldan azad edilmiş torpaqrları əks etdirir.
Bunlara Xocalı (1), Qubadlı (2), Zəngilan və Kəlbəcər (4), Şuşa və Xocavənd (5) kimi rayonlar daxildir.