Azərbaycanda 2019-cu ildə ən az və ən çox iş yeri yaradılan rayon/şəhərlər məlum olub. FED.az xəbər verir ki, 2019-cu ilin ilk 9 ayında ölkənin rayon və şəhərlərində (Bakını çıxmaq şərtilə) ən çox iş yeri Cəlilabadda yaradılıb. Bu rayonda 4,9 min iş yeri açılıb. Sonrakı yerləri Şəmkir rayonu (3,9 min iş yeri), Bərdə rayonu (3,5 min), Beyləqan rayonu (3,3 min), Abheron rayonu (3,3 min) tutur.
Bu dövrdə say etibarı ilə ən az iş yeri Siyəzəndə yaradılıb – cəmi 186 iş yeri. Daşkəsəndə 200, Oğuz rayonunda 245, Şabranda 274, Xızıda isə 305 iş yeri yaradılıb.
Eləcə də bax: Azərbaycanda iqtisadi artım və geriləmə olan – RAYONLAR/ŞƏHƏRLƏR - TAM SİYAHI
FED.az yeni yaradıan iş yerlərinin əhali sayını nəzərə almaqla da hesablayıb. Əhalinin hər 10 min nəfərinə düşən yeni iş yerlərinin sayına gəldikdə, öndə olan rayonlar Qobustan (əhalinin 10 min nəfərinə 520 iş yeri yaradılıb), Beyləqan (335 iş yeri), Bərdə (224 iş yeri), Cəlilabad (219 iş yeri), Balakən (185 iş yeri), Xızı (179 iş yeri) və Şəmkir rayonu (178 iş yeri) gəlir.
Eləcə də bax: Büdcəyə ən çox/ən az pul köçürəcək - RAYON/ŞƏHƏRLƏR – SİYAHI, MƏBLƏĞLƏR