2024-cü ildə Azərbaycan Respublikası üzrə poçt şöbələrinin sayı 1442 təşkil edir.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ən çox poçt şöbəsi olan ərazilər sırasında Bakı şəhəri: 284 poçt şöbəsi ilə liderdir .
Naxçıvan Muxtar Respublikası: 266 poçt şöbəsi ilə ikinci yerdədir.
Şəmkir rayonu: 38 poçt şöbəsi ilə ilk üçlüyü tamamlayır.
Digər böyük rayonlar və şəhərlər:
Sabirabad, Lənkəran, Masallı, Şəki rayonlarının hər birində 30-dan çox poçt şöbəsi fəaliyyət göstərir.
Göyçay, Gədəbəy, Beyləqan, Yevlax, Zaqatala, Abşeron, Tovuz, Quba, Goranboy, Xaçmaz, Cəlilabad, Neftçala, Ağcabədi, Qazax, Salyan rayonlarında 18-27 arası poçt şöbəsi mövcuddur.
Gəncə şəhəri, Astara, İmişli, Saatlı, Bərdə, Lerik, Samux, Ağstafa, Qusar, Kürdəmir, Ucar rayonlarında da poçt şöbələrinin sayı 15-17 arasında dəyişir.
Qobustan (3), Xızı (2), Naftalan (2), Cəbrayıl (2), Kəlbəcər (2), Zəngilan (2) rayonlarında poçt şöbələrinin sayı daha azdır.
Xocalı, Xocavənd, Şuşa, Qubadlı, Laçın rayonlarında isə cəmi 1 poçt şöbəsi qeydə alınıb.
Xankəndi şəhəri və Ağdərə rayonu üzrə ötən ilin göstəricilərinə görə poçt şöbəsi olmayıb.