Azərbaycanda 2024-cü ildə ümumilikdə 91 min 718 yeni iş yeri açılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ildə ölkədə ən az iş yeri - işğaldan azad edilmiş Ağdərə rayonunu nəzərə almasaq - Daşkəsən rayonunda açılıb. Rayon üzrə ötən il ümumilikdə 16 yeni iş yeri açılıb.
Ötən il ən az açılmış iş yerlərinin 32-si Ağsu rayonunun, 44-ü isə Zaqatala rayonunun payına düşüb. 44 yeni iş yeri isə Zaqatala rayonunda açılıb.
2024-cü ildə 45 yeni iş yeri Şamaxı rayonunun, 55-i Zərdab rayonun, 63-ü isə Oğuz rayonunun payına düşüb.
Ötən il Qaxda 67, Yevlaxda 69, Saatlıda 73 yeni iş yeri açılıb.