2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın rayon və şəhərləri üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi açıqlanıb.
FED.az xəbər verir ki, renkinqə böyük fərqlə Bakı şəhəri başçılıq edir. Hesabat dövründə paytaxtda əsas kapitala 6 milyard 768 milyon 576,3 min manat vəsait yönəldilib.
İkinci yerdə işğaldan azad edilmiş Kəlbəcər rayonu qərarlaşıb – rayona yatırılan investisiyanın həcmi 788 milyon 295,1 min manat təşkil edib.
Xızı rayonu 458 milyon 702,1 min manat və ya yüksək investisiya qoyuluşu ilə üçüncü olub. Ağdam rayonuna isə 447 milyon 440,4 min manat, yəni yarım milyard manata yaxın vəsait yönəldilərək dördüncü sırada yer alıb.
Digər rayon və şəhərlər üzrə investisiya göstəriciləri aşağıdakı kimidir:
Gəncə şəhərinə 346 milyon 551 min manat həcmində investisiya yatırılıb.
Zəngilan rayonunda bu rəqəm 345 milyon 967,8 min manat təşkil edib.
Laçın rayonuna investisiyalar 327 milyon 476,1 min manat və ya, Şuşa rayonuna 277 milyon 883 min manat qeydə alınıb.
Siyahını Cəbrayıl rayonu (237 milyon 926,7 min manat) və ölkənin sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri (227 milyon 650,5 min manat) tamamlayır.










