Azərbaycanda yvanr-may aylarında qiymətlərin ən çox yüksəldiyi rayon və şəhərlər məlum olub.
FED.az xəbər verir ki, ötən illə müqayisədə ən yüksək qiymət artımı Qaxda, ən aşağı qiymət artımı isə Naxçıvanda qeydə alınıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə ölkədə ümumi qiymət artımı 12,6% təşkil edib.
Məlumatların açıqlandığı 58 rayondan 33-də qiymət artımı respublika üzrə orta göstəricidən yüksək, 25 rayonda isə orta göstəricidən aşağı olub.