Azərbaycanda kredit portfelinin ən kiçik olduğu rayonlar məlum olub.
FED.az xəbər verir ki, siyahıda ən aşağı göstəricilər əsasən Naxçıvan MR-nın rayonları və Xızı rayonunun payına düşüb.
Siyahıda ən aşağı göstərici işğaldana zad olunmuş rayonlar nəzərər alınmadan Sədərək rayonunda qeydə alınıb – burada kredit portfeli cəmi 3,4 milyon manat təşkil edir.
Siyahıda yer alan digər regionlardan Xızı rayonu üzrə kredit portfelinin həcmi 4,5 milyon manat təşkil edib. Onu Ordubad rayonu 5,9 milyon manat, Kəngərli rayonu isə 7,7 milyon manatlıq göstərici ilə izləyir.
Eyni zamanda, Şahbuz rayonu 8,2 milyon manat, Babək rayonu isə 8,7 milyon manatlıq kredit həcmi ilə ölkə üzrə ən az maliyyələşən rayonlar sırasında qərarlaşıblar.
Sözügedən siyahının davamında Culfa rayonu 10,8 milyon manat, Naftalan şəhəri 11,9 milyon manat və Yardımlı rayonu 14,4 milyon manat, Daşkəsən rayonu 18,2 milyon manatlıq göstərici ilə yer alıblar.










