2024-cü ildə Azərbaycan əhalisi tərəfindən istehlak olunan təbii qazın ümumi həcmi 4 milyard 40,3 milyon kub metr təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, Bakı şəhəri 1 490,8 milyon kub metrlik göstərici ilə istehlakda mütləq lider olub.
Paytaxtdan sonra Abşeron rayonu 313,3 milyon kub metr, Gəncə şəhəri 146,2 milyon kub metr və Sumqayıt şəhəri 144,2 milyon kub metr qaz istehlakı ilə fərqlənib.
Regional istehlakda Şəmkir rayonu 81,2 milyon kub metr, Lənkəran rayonu 76,5 milyon kub metr, Xaçmaz rayonu 69,4 milyon kub metr, Quba rayonu 64,7 milyon kub metr və Bərdə rayonu 64,0 milyon kub metr ilə ön sıralarda yer alıb.
Tovuz rayonunda 61,6 milyon kub metr, Masallı rayonunda 60,7 milyon kub metr və Şəki rayonunda 59,5 milyon kub metr təbii qaz istehlakı qeydə alınıb. Naxçıvan Muxtar Respublikası üzrə cəmi istehlak isə 127,1 milyon kub metr təşkil edib.
İstehlakın ən az olduğu ərazilər isə əsasən ölkənin qərb və cənub-qərb bölgələrində, həmçinin Qarabağ ərazilərində müşahidə olunub.
Məlumatlara görə, Yardımlı rayonunda cəmi 4,7 milyon kub metr, Daşkəsən rayonunda 5,1 milyon kub metr, Xızı rayonunda 5,9 milyon kub metr və Lerik rayonunda 8,1 milyon kub metr qaz istehlak edilib.
Qobustan rayonunda 10,9 milyon kub metr, Naftalan şəhərində 10,7 milyon kub metr, Laçın rayonunda 2,2 milyon kub metr, Xankəndi şəhərində 0,2 milyon kub metr, Xocalı rayonunda 0,2 milyon kub metr və Cəbrayıl rayonunda da 0,2 milyon kub metr kimi minimal həcmlər qeydə alınıb.